Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda “Erməni dilinin qrammatikası” kitabı təqdim edildi

05.03.2020 13:16

Oktyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə kafedranın baş müəllimi Hüseyn Əsgərovun müəllifi olduğu “Erməni dilinin qrammatikası” adlı dərsliyin təqdimat mərasimi keçirilib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki,  qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərov müəllifi olduğu dərslik haqqında məlumat verib.

Təqdimat müzakirələrlə davam edib.

Qeyd edək ki, Azərbaycan Dillər Uiversiteti (ADU) Elmi Şurasının 30 iyun 2017-ci il tarixli iclasının qərarı ilə “Erməni dilinin qrammatikası” adlı dərslik çapdan çıxıb.

Kitab erməni dilinin qrammatik quruluşu, fonetikası, morfologiyası və sintaksis bəhsini əhatə edir. Dərslik dili öyrənənlər üçün nəzərdə tutulub.

Kitabın müəllifi ADU-nun Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov, redaktoru Kayseri Erciyes Universitetinin Ədəbiyyat fakültəsi Erməni dili və ədəbiyyatı kafedrasının müəllimi professor Qafar Çaxmaqlı, rəyçilər isə ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, ADU-nun İngilis dili fonetikası kafedrasının müəllimi dosent Əmir Cəfərov, ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasının professoru Məhərrəm Hüseynov və AMEA-nın professoru İsmayıl Məmmədovdur.

Dərsliyin ön sözünün müəllifi isə Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalovdur.