Bakıda hərəkətdə olan minik avtomobili od tutub yandı – VİDEO
05.03.2020 13:16Bakıda minik avtomobili hərəkətdə olan zaman yanıb.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, Neftçilər prospketində üzü şəhərə istiqamətdə hərəkətdə olan “QAZ-24” markalı minik avtomobilinin mühərrikində qəfildən yanğın başlayıb.
Yanğın qısa müddətdə daha da genişlənməyə başlayıb.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.

