Bakıda havanı üfunət iyi bürüməsi ilə bağlı müraciət
05.03.2020 13:16Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3 küçəsinin sakinləri su və kanalizasiya problemindən əziyyət çəkirlər.
Об этом сообщает Руспрес
Bu barədə A24.Az-ya sakinlər adından Mədən 3, korpus 104, Ev 20 A-da yaşayan Rəhimov Orxan Tofiq oğlu bildirib.
“İsti yay aylarında biz hər həftə cibimizdən pul verib su maşını çağırırmağa məcburuq. Fərdi olaraq qazılmış quyulardan çirkab sularını çəkdirmək üçün pul verib hər dəfə maşın çağırmağa imkanımız yoxdur”,-deyə O.Rəhimov bildirib.
O, qeyd edib ki, Binəqədi qəsəbəsinin çox hissəsi neft mədən ərazisi olduğundan və çirkab sularının axıdılması üçün kanalizasiya sistemi olmadığından gecə saatlarında havanı üfunət iyi bürüyür: “Kanalizasiya sisteminin olmaması əsasən uşaqlarda bir çox xəstəliklərin yaranmasına da səbəb olur”.
Orxan Rəhimov Mədən 3 küçəsinin sakinlərinin su və kanalizasiya problemi ilə bağlı Binəqədi rayonunun deputatı Madər Musayevə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib.

