Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda itkin düşdü, Suriyada tapıldı- İŞİDƏ qoşuldu

05.03.2020 13:16

1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb.
A24.az Oxu.az-a istinadən xəbər verir ki, Hüseynovun anası – 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun 36-cı polis bölməsinə müraciət edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını itkin düşmüş oğlu barədə məlumatlandırıb.
Aparılmış istintaq zamanı Hüseynovun Azərbaycandan kənarda silahlı birləşmələrə qoşulması, daha dəqiqliklə, Suriyada Bəşər Əsədin ordusuna qarşı döyüşən yaraqlılara qoşulması barədə güman formalaşıb. Lakin bu məlumat yalnız indi təsdiqlənib və dekabrın 28-də işin materialları təhqiqat aparılması üçün müvafiq strukturlara göndərilib. Hüquq-mühafizə orqanlarınının əməkdaşlarının hazırda Hüseynovun sağ olub-olmaması barədə məlumatları yoxdur.
Qeyd edək ki, xarici dini mərkəzlər Azərbaycanda gəncləri öz tərəflərinə çəkmək üçün sosial şəbəkələrin imkanlarından aktiv iştirak edirlər. 2017-ci ildə yad cərəyanların nümayəndələri ilə mübarizə çərçivəsində Azərbaycanda 16 terrorçu məhv edilib. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 21 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.
AR-ın Dövlət Təhlükəsizli Xidmətinin əməkdaşlarının sayəsində ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə iştiraka görə 258 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

Об этом сообщает Роспрес