Bakıda jurnalisti təhqir edən polisin maşını YANDI
05.03.2020 13:16Bakıda avtomobil yanıb.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı “Subaru” markalı şəxsi avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.
Xatırlaq ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində çalışan K.Fərzəliyev bir müddət öncə Yasamal rayonu ərazisində sürücüdən rüşvət alarkən jurnalistin kamerasına tuş gəlib. Jurnalist Toğrul Allahverdili gördüyü hadisəni lentə almağa çalışsa da, yol polisi əməkdaşı jurnalistə qarşı kobud davranışlar nümayiş etdirib.

