Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda məktəbdə intim görüntüləri yayılan qızdan XƏBƏR VAR

05.03.2020 13:17

Ötən ilin fevralında Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 11-ci sinf şagirdi Rzayev Cavidanla cinsi əlaqədə olan 7-ci sinif şagirdi məktəbdən azad edilib.

Об этом сообщает Футляр от виолончели

Bu barədə A24.Az-a sözügedən təhsil müəssisəsindən verilən məlumatda deyilir. Bildirilib ki, məktəbli qız anasının istəyi ilə azad edilib. Onun hazırda Bakıdakı özəl məktəblərdən birində təhsil aldığı bildirilir.

“O uşaq bizim məktəbin psixoloqlarına tez-tez müraciət edirdi. Həmin qıza qarşı məktəbdə heç bir pis münasibət olmayıb. Ümumiyyətlə, o uşaq öz sözünü deyən, hər kəsə qaynayıb-qarışan qız idi”.

Qeyd edək ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan şagirdi Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət daxil olub və Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

C.Rzayev saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.