Bakıda maşın partladı: Ölənlər var – VİDEO (+18) + YENİLƏNDİ
05.03.2020 13:17“Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub”.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb:
“Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.
Bakının Nobel prospektində “Hyundai” markalı avtomobil partlayıb.
Bu barədə A24.Az-a hadisə şahidləri məlumat veriblər.
Onların sözlərinə görə, qəza nəticəsində avtomobildə olan iki nəfər dünyasını dəyişib.
Hadisə ilə əlaqədar görüntüləri təqdim edirik:

