Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda metroların ətrafında reydlər başladı – CƏRİMƏ YAZILIR

05.03.2020 13:17

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb.

Об этом сообщает Руспрес

BNA-dan A24.Az-a verilən məlumata görə, bu məqsədlə, metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında reyd keçirilib. Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində dayanan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən cərimə tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən cərimə ediliblər.

 Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

Məlumat üçün bildiririk ki, sürücülərin dayanma və durma qaydalarına əməl etməsi üçün inzibati tənbeh tədbirləri ilə yanaşı maarifləndirmə, habelə hərəkətin təşkilindəki qüsurların aradan qaldırılması işləri də aparılır.