Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanıldı
05.03.2020 13:17Bakı şəhəri, Xəzər rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan Zəhvər Nəsirov saxlanılıb.
Об этом сообщает Роспрес
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 083 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1,034 qram metamfetamin aşkar olunaraq götürülüb. Z.Nəsirov ifadəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

