Bakıda özünü binadan atan 17 yaşlı qızın intihar SƏBƏBİ – Yenilənib
05.03.2020 13:17Bakının Suraxanı rayonunda özünü binanın damından atan gənc qızın intihar səbəbi məlum olub.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb.
Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.
Bakı şəhərində intihar hadisəsi baş verib.
Saytımız APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5 ünvanında qeydə alınıb. 1991-ci il təvəllüdlü Şəbnəm Xaləddin qızı Rzayeva hündürmərtəbli binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Fatla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

