Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda polis leytenantı bıçaqlandı

05.03.2020 13:17

Nəsimi rayonunda kafedə dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Reporta istinadən xəbər verir ki, hadisə “Nihat” kafesində baş verib.

Belə ki, 22 yaşlı Abdullayev Nazir Xəqani oğlu kafedə mübahisə edib. O, 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu ilə əlbəyaxa dava edib.

Dava zamanı S.İsgəndərli bıçaqlanıb. S.İsgəndərli N.Abdullayevə müqavimət göstərərkən onun ayağına xəsarət yetirib. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Verilən məlumata görə, yaralılardan S.İsgəndərli Nizami RPİ-də polis leytenantı kimi fəaliyyət göstərir.