Bakıda polislə taksi sürücüləri arasında qarşıdurma – Sürücülər bölməyə aparıldı
05.03.2020 13:17Metronun Koroğlu stansiyası yaxınlığındakı dayanacaqda taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə polis əməkdaşları arasında mübahisə yaşanıb.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, bu barədə hadisə yerində olan jurnalist Şahin Sərdarlı məlumat verib.
Taksi sürücüləri bildirib ki, bəzi polis əməkdaşları onların həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmaqlarına imkan vermir, gün ərzində bir neçə dəfə protokol tərtib edirlər.
Taksi sürücüləri arasında Qarabağ müharibəsi veteranı da var idi.
Əraziyə Post Patrul Xidmətinin (PPX) yüksək rütbəli əməkdaşları da gəlib.
Məsələnin araşdırılması üçün taksi sürücüləri polis bölməsinə aparılıb.

