Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxundu

05.03.2020 13:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Об этом сообщает Футляр от виолончели

“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İ.Əsgərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.