Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda qayınanası və arvadını öldürən şəxsin ibtidai istintaqı başa çatdı

05.03.2020 13:17

Bakıda qayınanasını və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Об этом сообщает Футляр от виолончели

A24.az “Report”a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama – öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.

Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var.

G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.