Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda sərnişin avtobusu belə yandı – VİDEO

05.03.2020 13:17

Bakının mərkəzində sərnişin avtobusu yanıb. Anidən başlayan yanğın bir anda sərnişin avtobusunu öz ağuşuna alıb.
Hadisə günorta saatlarında, metronun ”Dərnəgül” stansiyasının yaxınlığında qeydə alınıb.
Kadrlardan aydın olur ki, güclü yanğına Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri müdaxilə edib. Qısa zamanda alov söndürülsə də, avtobusa ciddi ziyan dəyib.
Araşdırma zamanı məlum olub ki, yanan avtobus 93 saylı marşurut xəttinə məxsusdur. Xəttin aid olduğu şirkətdən bildiriblər ki, yanğına səbəb avtobusun mühərrik hissəsində baş verən qısaqapanma olub. Xoşbəxtlikdən hadisə baş verən vaxt avtobusda sərnişin olmayıb.
Bu hadisə bir daha avtobusların xidmətə buraxılmadan əvvəl yoxlanılması məsələsini gündəmə gətirib. Kolon rəisi Vüsal Əsgərli deyir ki, həmin avtobus hər gün texniki nəzarətdən keçirilir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, hadisənin səbəbləri araşdırılacaq və lazımi tədbirlər görüləcək. (Xəzər TV)

Об этом сообщает Роспрес