Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda süpürgəçini maşın vurdu

05.03.2020 13:18

Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə,  xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.//Oxu.Az//