Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda sürücü yol polisini belə başa saldı – VİDEO

05.03.2020 13:18

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan Yol Patrul Xidmətinin inspektoru tənqid hədəfinə tuş gəlib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, bir neçə gün bundan öncə paytaxtın Ziya Bünyadov prospektində yerləşən tunelin girişində əks istiqamətdə dayanan Yol Patrul Xidmətinin avtomobili nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Belə ki, 99 YP 366 dövlət nömrə nişanlı YPX avtomobilində olan inspektorun nəqliyyat vasitəsini hərəkət axının əksinə saxlayaraq LED işıqları yandırması sürücülərin yolu görməsini əngəlləməklə yanaşı, qəza şəraitinin yaranmasına səbəb olub. Bu zaman Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrindən birinin sürücüsü Cəfərov Rüstəm Əlismayıl oğlu YPX əməkdaşına dayanma-durma qaydalarına riayət etməyi və LED işıqların söndürülməsini təklif edib. Sürücü YPX əməkdaşına bunu qanunla izah edib.

Rüstəm Cəfərov bildirib ki, Baş Dövlət Yol Polis İdarəsinin zavod istehsalı olmayan lampalara qarşı mübarizə apardığı bir zamanda YPX əməkdaşlarının bu lampalardan istifadəsi qanunazid hərəkətdir.

Maraqlısı odur ki, sürücünün izahından sonra YPX inspektoru LED işıqlarını söndürməyib və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmaqda davam edib.