Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda təhsil alan I sinif şagirdlərinin sayı açıqlandı

05.03.2020 13:18

Bakı şəhəri üzrə təhsil müəssisələrinin (məktəb, lisey və gimnaziya) I sinifində 48 206 şagird təhsil alır.

Об этом сообщает Руспрес

İdarədən A24.az-a verilən məlumata görə, onlardan 40 900 nəfəri 6 yaşı tamam olan, 7 306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır.

Bildirilib ki, hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

Xatırladaq ki, son illərdə uşaqların I sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçirlər.

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.