Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda torpaq ucuzlaşdı – YENİ QİYMƏTLƏR – VİDEO

05.03.2020 13:18

Bakıda və paytaxtətrafı ərazilərdə torpağın qiyməti enib.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, əmlak eksperti Ramil Osmanlı bunun fərdi evlərlə əlaqəli olan tikinti mövsümünün başa çatması ilə əlaqədər olduğunu deyir. Onun sözlərinə görə, noyabr və dekabr aylarında alqı-satqı minimuma endiyindən, bu aylar tikinti üçün passiv dövr hesab edilir. Bu isə ilk növbədə torpağın qiymətinə təsir göstərir.

Ekspert deyir ki, qiymət enməsi ərazilərə görə müxtəlifdir.

Bakıətrafı ərazi sayılan Suraxanı, Sabunçu, Xəzər və Binəqədi, eləcə də Abşeron rayonlarında torpağın 1 sotunun qiyməti orta hesabla 5-10 faiz enib.

Ekspert deyir ki, qiymət enməsi ən çox şəhərin mərkəzi hissələri sayılan ərazilərdə özünü göstərir. Nərimanov, Yasamal və Səbail rayonlarında qiymətlərdə 15 faizə qədər enmə müşahidə edilir.

Ramil Osmanlının sözlərinə görə, Badamdarda sürüşmə aktivliyi həmin ərazilərdə də torpağa tələbatı olduqca aşağı salıb. Badamdarın 3-cü massivində 1 sot torpaq sahəsi adi vaxtlarda 25-30 min manat idisə, indi həmin ərazilərdə 15 min manata da torpaq tapmaq mümkündür

Qeyd edək ki, Bakı və ətraf ərazilərdə torpaq qiymətlərinin fevral ayına qədər artacağı gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: