Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda UÇQUN

05.03.2020 13:18

Bakıda yaşayış binasının həyətində təxminən 15 metr uzunluğunda istinad divarı uçub. Hadisə zamanı xəsarət alan olmasa da, bir avtomobilə ziyan dəyib.

Об этом сообщает Роспрес

A24.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsi 21 ünvanında baş verib. Ötən gecə həmin ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində istinad divarı uçub. Uçqun zamanı binanın beton panellərindən biri binanın həyətində park edilən bir minik avtomobilinə ziyan vurub.

Hadisə zamanı istinad divarının üzərindən keçən istilik xətti də zədələnib. Bu səbəbdən yaşayış binasına istiliyin verilməsi dayandırılıb.

Hadisə yerinə “Azərsu” və “Azəristiliktəchizat” Açıq Səhmdar cəmiyyətlərinin, eləcə də ərazi üzrə Mənzil- Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları gəliblər. Xətai rayon Su-Kanal İdarəsinin rəisi Etibar İbrahimovun sözlərinə görə, uçquna yağan yağışlar zamanı torpaq qatının yuyulması səbəb olub.

Qurum rəsmisi bildirdi ki, problem sabaha kimi aradan qaldırılacaq.