Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxunub

05.03.2020 13:18

Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Об этом сообщает Руспрес

“Report”un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Mansurov 11 il, B.Camalov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, bu il aprelin 16-da, gecə saat 03.00-da Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.