Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda yol polisi sürücünün həyatını təhlükəyə atdı: “Tələsirdim” – VİDEO

05.03.2020 13:18

Bakıda Dövlət Yol Polisinin əməkdaşı idarə etdiyi xidməti avtomobillə qəza şəraiti yaradıb.

Об этом сообщает Руспрес

Bu barədə A24.az-ın redaksiyasına şəhər sakini Fuad Həsənov tərəfindən göndərilən məlumatda bildirilir.

O bildirib ki, hadisə ötən gün paytaxt küçələrinin birində avtomobili ilə hərəkətdə olan zaman baş verib. Belə ki, magistral yolda hərəkətdə olan sürücü F.Həsənovun qarşısına qəfildən yol polisinin idarə etdiyi 99 YP 455 markalı minik avtomobil çıxıb.

Xoşbəxtlikdən sürücü təhlükəli şəraitdən qəzasız ötüşüb.

Yol polisi isə qəza şəraiti yaratmasına səbəb kimi tələsdiyini göstərərək qayda pozduğuna haqq qazandırmağa çalışıb.