Bakıda yol qəzası: sərnişin avtobusu səfirliyə məxsus avtomobillə toqquşdu
05.03.2020 13:18Bakıda sərnişin avtobusu səfirliyə məxsus avtomobillə toqquşub.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində İlqar Hüseynovun idarə etdiyi 52 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus İraq səfirliyinə məxsus “Jeep”lə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

