Bakıdakı təhsil mərkəzində meyit tapıldı
05.03.2020 13:18Bakıdakı təhsil mərkəzində ölüm hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən “Xabad-Or-Avner” təhsil mərkəzində qeydə alınıb.
Məktəbin mühafizəçisi 1968-ci il təvəllüdlü Baloğlan Muradzadənin meyiti məktəbin sanitar qovşağında aşkar edilib.
Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.
Qeyd edək ki, Xabad-Or-Avner təhsil mərkəzində yəhudi uşaqlar təhsil alır.

