Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
05.03.2020 13:18Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Об этом сообщает Руспрес
Bu barədə A24.a-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, “Asan Xidmət” mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq .
“Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik”, – deyə məlumatda vurğulanıb.

