Bakının mərkəzində qaz borusu partladı – YANĞIN BAŞLADI
05.03.2020 13:19
Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.
A24.Az Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:
“Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb”.
İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.
Об этом сообщает Футляр от виолончели

