Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakının mərkəzində canlı ilan satıldı – Bu mənzərə insanları vahiməyə salıb – VİDEO

05.03.2020 13:19

Bakıda ilan satılıb. Özü də diri diri. İlanları kisədən çıxararaq ətrafdakılara nümayiş etdirir. Gah əlində saxlayır, gah da yerə buraxır. Görüntülər fotoqraf Valeh Arifoğlu tərəfindən mobil telefonla çəkilərək vatsap nömrəmizə göndərilib

Об этом сообщает Роспрес

A24.Az bildirir ki, kadrlar dünən paytaxtın mərkəzində insanların sıx olduğu Səməd Vurğun parkında lentə alınıb.İlanı kisədə gəzdirən şəxsinin dediklərindən belə başa düşülür ki, onlar su ilanlarıdır. Fotoqrafın dediyinə görə həmin ilanları 1 manata satılıb.
Su ilanlarının satıldığı iddia edilən parka getdik.Orada tez-tez dincələn ağsaqqal dünən belə mənzərə ilə qarşılaşdığını təsdiqləyib.

Məsələ ilə bağlı açıqlama verən ekoloq Telman Zeynalov su ilanlarının insanların sıx olduğu məkanda satışının düzgün olmadığını bildirir. Onun sözlərinə görə su ilanları təhlükəli və zəhərli olmasalar da, onları görən insanlar stress keçirə bilərlər.
Elə şəhər sakinləri ictimai yerdə ilan satışını düzgün hesab etmirlər.

Vətəndaşlar, adətən bazarlarda satılan su ilanlarının parka diri olaraq gətirlməsini təsadüfü hal hesab ediblər. /xezerxeber.az