Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Balakəndə 39 yaşlı kişi bıçaqlandı

05.03.2020 13:19

Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.

Об этом сообщает Футляр от виолончели

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Nurməmməd oğlu Nurməmmədov gecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.