Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bankirlər mollaların yanına məsləhətə yığışdı

05.03.2020 13:19

“Əl-Hilal Bank” ın əməkdaşları Qazaxıstan Müsəlman Ruhaniləri İdarəsinə(QMRİ) təşrif buyuraraq  din xadimləri ilə xüsusi görüş keçiriblər.
A24.Az Muftyat.kz saytına istinadla bildirir ki, görüşdə QMRİ-nin “Şəriət və Fətvalar” şöbəsinin rəhbəri Sansızbay Qurbanulı, dini işlər və təhlil şöbəsinin müdiri Nurbek Esmaqanbet və müftiyyatın digər nümayəndələri iştirak ediblər.
Yeni fəaliyyətə başlamış “Əl-Hilal” bankının koordinatoru Məhəmmədruzi Şoev bankın ümumi işləri və daşınmaz əmlakın şəriət qanunlarına uyğun olaraq əldə edilməsinin tənzimlənməsinin planlaşdırılması barədə məlumat verib.
Müsəlman din xadimləri də öz növbəsində problemlər barədə fikir və təkliflərini  irəli sürərək  ölkədə İslam maliyyə sisteminin gələcək inkişafına ümidlərini ifadə ediblər.
 

Об этом сообщает Роспрес