Barselonada sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var
05.03.2020 13:19Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Об этом сообщает Роспрес
A24.Az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
“El Nacional” qəzetinin Katalonya hökumətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım maşını və 14 xilasetmə qrupu gəlib.
Kataloniya Regional Mülki Müdafiə İdarəsi “Twitter” səhifəsində qatarın relsdən çıxmasının torpaq sürüşməsi ilə bağlı olduğunu bildirib.

