Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Baş nazir həbsxanaların daxili intizam qaydalarına dəyişiklik etdi

05.03.2020 13:19

Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində “artırılması” sözü “uzadılması” sözü ilə əvəz edilsin.

Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə: 2.1. 13.3.2-ci yarımbəndə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda”.