Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Baş nazir qərar qəbul etdi – Yeni qurum yaradıldı

05.03.2020 13:19

Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilib və onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.

Mədəniyyət Nazirliyinə bir ay müddətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq etmək və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.