Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bayrama qədər Bakıya qar yağacaq? – Umayra Tağıyeva AÇIQLADI

05.03.2020 13:20

Hazırda paytaxtda müşahidə edilən intensiv yağış sabahdan kəsiləcək.

Об этом сообщает Роспрес

Bu sözləri XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yaxın günlərdə paytaxtda yağmursuz hava müşahidə ediləcək: “Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında da intensiv yağış qeydə alınır. Belə hava şəraiti respublika ərazisində gecə və səhər saatlarında müşahidə ediləcək. Paytaxtda isə sabah səhər saatlarında yağışın intensivliyi azalacaq, ikinci yarısında isə tədricən kəsiləcək.

Ondan sonrakı 2-3 gün ərzində paytaxtda yağıntı ehtimal azdır. İlkin proqnozlara görə dekabrın 28-nə kimi, həmin gün də daxil olmaqla qarlı proses müşahidə edilməyəcək. Havanın temperaturu dekabr ayı üçün iqlim normasında tərəddüd edəcək, maksimal temperatur 5-10 dərəcə intervalda dəyişəcək. Yəni, yaxın bir həftə ərzində Bakıda və Abşeron yarımadasında qarın müşahidə edilməsi üçün sinoptik şərait yoxdur”. U.Tağıyeva daha uzun müddət üçün proqnoz verməyin düzgün olmadığını bildirib.