BDU-da bayrağın tərsinə asılmasına aydınlıq gətirildi – YENİLƏNİB
05.03.2020 13:20Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində Azərbaycan bayrağının tərsinə asılmış görüntüləri yayılıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, universitetin 2 saylı tədris binasının girişində ucaldılan bayrağın rənglərinin yeri dəyişik düşüb. Belə ki, ali təhsil müəssisəsinin girişindəki bayrağın yaşıl rəngi yuxarı, göy rəngi isə aşağı hissədə yer alıb.
Məsələ ilə bağlı A24.az-a açıqlama verən BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, yayılan fotodan xəbərdardırlar: “Bu, texniki yanlışlıqdır. Artıq problem aradan qaldırılıb və bayrağın düzgün asılış qaydası bərpa olunub”.
Azərbaycanın dövlət rəmzinə qarşı hörmətsizlik olub.
A24.az minval.info-ya istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinində bayrağımız yanlış asılıb.
Ali təhsil ocağının girişində dövlət rəmzimizə qarşı etinasızlıq edilib. Belə ki, bayrağımızda mavi rəng birinci gəlsə də, diqqətsizlik edilərək tərs yerləşdirilib.
Qeyd edək ki, bununla rəsmi görüşlərdə də daxil olmaqla artıq bir neçənci dəfədir, dövlət rəmzimizə qarşı etinasızlıq edilir.

