Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

BDU-nun tanınmış müəllimi dünyasını dəyişdi

05.03.2020 13:20

Bakı Dövlət Universitetinin (BDU) qadın müəllimi vəfat edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, BDU-nun Sosiologiya və politologiya kafedrasının müəllimi Validə Mustafayeva dünyasını dəyişib.

Tarix elmləri namizədi, tarix üzrə fəlsəfə doktoru V.Mustafayeva 62 yaşında vəfat edib. Qeyd edək ki, V.Mustafayeva 1956-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olub. 1979-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna təyinat alıb. 1979-ci ildən 2008-ci ilədək orada çalışıb. 1996-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi adına layiq görülüb. 2008-ci ildən BDU-da müəllim vəzifəsində çalışırdı. 1 monoqrafiyanın, 16 məqalənin müəllifidir. O, bir neçə kitabın müəllifidir.

Səid Qərib
A24.Az