Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

BDU tibbi müayindən keçməyən tələbələrin imtahana buraxılmaması iddiasına AYDINLIQ GƏTİRDİ – YENİLƏNİB

05.03.2020 13:20

Bakı Dövlət Universiteti tələbələrə tibbi müayinədən keçməyəcəkləri halda, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Об этом сообщает Роспрес

Universitetin Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova A24.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bakı Dövlət Universiteti Tarix fakültəsinin tələbələrindən birində vərəm xəstəliyinin aşkar edilməsi ilə bağlı Vərəm Dispanserindən məlumat daxil olub. Bundan sonra həmin tələbə ilə ünsiyyətdə olan tələbələr yoxlamaya göndərilib”.

“Lakin tələbələrə müayinə olunmayacaqları təqdirdə imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilməsi həqiqəti əks etdirmir” – deyə, P.İbrahimova əlavə edib.

Bakı Dövlət Universitetində (BDU) tələbələrə tibbi müayinədən keçməyəcəkləri halda, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib.

A24.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb universitetin Tarix fakültəsində təhsil alan tələbələrin birində yoluxucu xəstəliyin aşkar edilməsi olub. Belə ki, dərs zamanı fakültənin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Elnur Ağayevin (ad və soyad şərtidir) səhhətində problemlər yaranıb. O, dərhal universitetin poliklinikasına yerləşdirilib.

Müayinələrdən sonra həmin tələbədə vərəm aşkarlanıb. Bundan sonra BDU rəhbərliyi tərəfindən fakültənin həmin kursda təhsil alan bütün tələbələri müayinəyə cəlb olunub. Tələbələrə müayinə olunmayacaqları təqdirdə, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib.  Məlumata görə, sözügedən tələbələrin müayinəsinə artıq başlanılıb.

Qeyd edək ki, orqanizmində vərəm aşkarlanan tələbəyə məzuniyyət verilib. Ona sağalmayacağı təqdirdə universitetdən xaric ediləcəyi barədə məlumat verilib.