Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

BƏƏ rəsmisi Trampın OPEC-lə bağlı tənqidinə cavab verib

05.03.2020 13:20

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın OPEC ölkələrini neftin qiymətini qaldırmaqla digər dövlətləri talan etdikləri ilə bağlı ittihamına cavab verib.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, XİN başçısı neftin qiymətinin OPEC-in qərarı ilə deyil, bazarın tələbatına uyğun formalaşdığını bildirib. “Biz hamımız bilirik ki, neftin qiyməti bazarın tələb və təklifinə uyğun formalaşır”,- nazir deyib.

Qeyd edək ki, Donald Tramp ötən gün BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin neftin qiymətini qaldırdıqlarını və bu yolla digər dövlətləri talan etdiklərini söyləyib.

“Bunu da heç kim bəyənə bilməz. Bu dövlətlərin bir çoxunu biz müdafiə edirik. Onlar isə bundan istifadə edərək nefti bizim üçün çox yüksək qiymətə satırlar”, – D.Tramp çıxışında deyib.