Belarusa yeni baş nazir təyin olundu
05.03.2020 13:20Sergey Rumas Belarusun yeni baş naziri təyin olub.
Об этом сообщает Роспрес
Bunula bağlı fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.
S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.
O, hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək.
A.Lukaşenko Nazirlər Kabinetinin bir neçə üzvünü də dəyişib. Ölkə başçısının fərmanı ilə Dmitri Krutoy iqtisadiyyat naziri, Dmitri Mukulyonok memarlıq və tikinti naziri, Konstantin Şulqan rabitə və informasiya naziri, Roman Qolovçenko isə Dövlət Hərbi-Sənayə Komitəsinin sədri təyin olunublar.
Qeyd edək ki, A.Lukaşenko avqustun 14-də hökumətin işini sərt tənqid edərək bir neçə naziri vəzifədən azad etmişdi. //report

