Bərdədə iki avtomobil toqquşdu: yaralılar var
05.03.2020 13:20Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”a istinadən xəbər verir ki, Ağdam rayon sakini, Loğman Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman Bərdə rayon sakini Azər Xəlilovun idaretdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü L.Əhmədov və avtomobildə olan sərnişin Azər Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

