Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Biləsuvarda əməliyyat zamanı balta ilə polisin vurulmasının DƏHŞƏTLİ TƏFƏRRÜATLARI

05.03.2020 13:20

Biləsuvar rayonunda polis əməkdaşının əməliyyat zamanı balta ilə vurulmasının təfərrüatları məlum olub.

Об этом сообщает Руспрес

A24.az-ın əldə etdiyi məlumata görə, ötən gün rayonun Aşağı Cürəli kəndində polisin əməliyyat qrupunun üzvlərindən biri, kapitan Rafael Ağamalıyev balta ilə vurulub.

Məlumata görə, kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Fətiağa oğlu Kəlbiyev həmkəndlisi olan bir nəfəri barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat alıb.
Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Kəlbiyev saxlanılıb.

R.Kəlbiyev ifadəsində həmkəndliləri Şahbazov Rauf Malik oğlu və onun qardaşı Şahbazov Rəşad Malik oğlu ilə birlikdə əlbir olduğunu bildirib. O qeyd edib ki, vətəndaşlardan şantaj yolu ilə pul tələb etməsi əmrini Şahbazov qardaşları tərəfindən alıb.

Bundan sonra Rauf və Rəşad Şahbazovlar Biləsuvar Polis Şöbəsinə dəvət olunub. Amma onlar şöbəyə gəlməkdən imtina ediblər. Nəticədə polis əməkdaşları Şahbazovların yaşadığı evə yollanaraq əməliyyat keçirməyə məcbur olublar. Əməliyyat zamanı cinayət törətməkdə şübhəli bilinən qardaşlar balta ilə polis əməkdaşlarına zərbə endirməyə cəhd göstəriblər. Hadisə nəticəsində əməliyyat qrupunun üzvlərindən ikisi yüngül xəsarət alıb. Daha bir polis kapitanı Rafael Ağamalıyev isə ağır yaralanıb.

Yaralı polis əməkdaşları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şahbazov qardaşları isə saxlanılıb.

Hadisəyə görə, ümumilikdə 3 nəfər – Ruslan Fətiağa oğlu Kəlbiyev, Şahbazov Rauf Malik oğlu və onun qardaşı Şahbazov Rəşad Malik oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.