Bir ailənin 4 üzvünün zəhərlənməsinin səbəbi bilindi
05.03.2020 13:21Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir ailənin 4 üzvünün səhhətindəki problemin səbəbi məlum olub.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən xəstələr tam müayinədən keçirilib.
Об этом сообщает Роспрес
Onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib.
Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib. Rayon xəstəxanasının həkimlərinin rəyləri və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

