“Bir məhəlləli iki oğlan” Türkiyədə
05.03.2020 13:21Nazim Hikmətin ssenarisi əsasında 1957-ci ildə Azərbaycanda çəkilən “Bir məhəlləli iki oğlan” filmi Türkiyədə nümayiş edilib.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, filmin nümayişi Nazim Hikmət Mədəniyyət Mərkəzində olub.
Film Nazim Hikmət Mədəniyyət Mərkəzində yay boyu silsilə olaraq nümayiş ediləcək. Film hər həftənin çərşənbə günü yerli vaxtla saat 21:00-da ekranlara çıxacaq.
Qeyd edək ki, “Bir məhəlləli iki nəfər” filmi şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməyib. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqındadır.

