Bitcoini bazardan çıxardacaq yeni kriptovalyuta gəlir
05.03.2020 13:21Kripto pul vahidi olan “Ripple” Bitcoindən sonra dünyanın ən böyük ikinci kripto pul vahidi oldu.
Об этом сообщает Руспрес
Forbes jurnalı görə ötən ay 1000% artımı yaşanan Ripple’ın bazar dəyəri 120 milyard dollar olaraq Bitcoin’ın təxminən yarısına çatmağı bacarıb.
A24.az xəbər verir ki, “Fortune” jurnalı Ripple’in dəyər qazanmasının arxasında nə olduğunu bilmədiyini, lakin yeni yüksək riskli investisiya fondlarına investisiya qoymaq üçün əsas səbəblərdən biri ola biləcəyini yazıb.
Bu artımla, Ripple’in qurucusu Chris Lansen dünyanın ən zəngin adamlarından birinə çevrildi. Ripple 2,39 dollar olarkən Lansenin əlindəki Ripple’lərin dəyəri 37 milyard dollar olaraq hesablanırdı. Ripple 3 dollar olduqdan sonra Lansen daha da varlanıb.
Məhəmməd Şükürlü //a24.az

