Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Booking.com-un bağlanması qərarını verən hakim: “Bu səbəbdən sürgün olundum”

05.03.2020 13:21

Türkiyənin İstanbul Ticarət Məhkəməsindən alınıb, İstanbul Anadolu iş Məhkəməsinə göndərilən hakim Kəskin Qaraqurd, Hollandiya qeydiyyatlı online sifariş portalı olan booking.com-un Türkiyədəki fəaliyyətnə dayandırma qərarı verməsi səbəbilə sürgün edildiyini iddia edib.

Об этом сообщает Руспрес

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, vəzifə dəyişikliyini sürgün kimi qiymətləndirən Kəskin Qaraqurd, sosial mediada bu paylaşımı edib: “Haqqımdakı sürgün edilməin bu qərarla bağlı olduğunu düşünməyə davam edirəm”. 2015-ci ildə açdığı cinayət işinin 201-ci ilin mart ayının 29-dakı iclasında hakim Kəskin Qaraqurd, online sifariş portalı olan Booking.com-un Türkiyədəki fəaliyyətinin dayandırılması və bu barədə İnformasiya Texnologiyaları İnstitutuna bəyan edilməsi qərarı verib. Qərara qarşı edilən etirazı rədd etməsindən sonra hakim Kəskin Qaraqurd, İstanbul 5-inci Tənəkliyə Ticarət Məhkəməsindəki vəzifəsindən İstanbul Anadolu 29-uncu İş Məhkəməsinə təyin edilib. Bu təyinata etiraz etməsindən sonra aparılan qiymətləndirmə nəticəsində Qaraqurd, bu dəfə Anadolu Ailə Məhkəməsinə göndərilib. Hakim Kəskin Qaraqurd, sürgün kimi qiymətləndirdiyi bu təyinatın, Hollandiya mərkəzli olmasına baxmayaraq bir ABŞ şirkəti olduğunu bildirərək online sifariş portalı olan Booking.com-un Türkiyədəki fəaliyyətini dayandırma qərarı verməsilə bağlı olduğunu bildirib. Hakim Qaraqurd, sosial media vasitəsilə oxucuları üçün paylaşdığı açıqlamada Booking.com ilə bağlı qərarın, türk fikir tarixi baxımından qlobal ölçüdə ən vacib qərar olduğunu qeyd edib. Hakim Qaraqurd, ABŞ-ın olan bu sifariş portalın (Booking.Com-un) bütün dünyada fəaliyyət göstərən, gecəsi 1 milyon 800 min otaq satışı edən, Türkiyədə də 13 mindən çox hotel və yerləşdirmə obyekti ilə müqaviləsi olduğunu bildirərək, tək bir internet saytı üzərindən başqa heç bir sərmayə olmadan türk turizminin 20 faizinə qarşı olduğunu iddiasını irəli sürüb. Türkiyədəki səyahət agentlikləri ilə haqsız rəqabət halında olan Booking.comun etdiyi milyardlarla dollarlıq qazancına rəğmən vergi ödəmədiyini bildirib.

Orxan Aslanlı // A24.Az