Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Braziliyalı futbolçunun anası oğurlandı

05.03.2020 13:21

 Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının futbolçusu Taysonun anası Rozangela Barsellos Freda Braziliyada oğurlanıb. 

Об этом сообщает Роспрес

A24.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, oğru qadını evinin yanında maşında gözləyib. Rozangela çölə çıxdıqda, həmin şəxs gül buketi ilə onun dalınca düşüb. Sonra o, qadını tutaraq, maşının baqajına salıb və aradan çıxıb.

Hüquq-mühafizə orqanları qadını həmin axşam qonşu yaşayış məntəqəsində tapıblar. Cinayətin bütün iştirakçıları saxlanılıb. Onların sayı və adları açıqlanmır.

Qeyd edək ki, Tayson 2018-ci il dünya çempionatında Braziliya millisinin heyətində yer alıb.