“Broker Əbülfəz”in Gömrük Komitəsində yüksək vəzifəyə təyin olunması xəbəri yalan çıxdı
05.03.2020 13:21Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna “Broker” MMC rəhbəri Əbülfəz Məlikovuna rəis təyin edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Об этом сообщает Футляр от виолончели
Bu barədə A24.az-a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axunodv məlumat verib. O bildirib ki, bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb: “Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur. Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”.

