Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu əcnəbilər Azərbaycandan pensiya alacaqlar

05.03.2020 13:22

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata düşən əcnəbilərin sayı 32 919 nəfərə çatıb.

Об этом сообщает Руспрес

Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev deyib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin 87,8 faizi kişi, 12,2 faizi isə qadınlardır. Fərdi uçot sistemində şəxsi hesabı açılan əcnəbilərin əksəriyyəti türklərdir (14 799 nəfər). Sonrakı yeri Gürcüstan (3 286 nəfər), Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar. Azərbaycanda çalışan əcnəbilər arasında Özbəkistan, Hindistan, İran, Çin, Banqladeş, Pakistan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Ukrayna, Türkmənistan, Filippin, ABŞ, Almaniya, Qazaxıstan və İtaliya vətəndaşları da var.

2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.