Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu fotoda uşağın anasının hansı qadın olduğu müzakirə mövzusuna çevrildi

05.03.2020 13:22

Aşağıdakı fotolar sizin yorğunluğunuzu və psixoloji vəziyyətinizi, eyni zamanda, beyninizin işlək səviyyəsini analiz etmək üçün vasitələrdir. Siz bu fotolara nəzər yetirərək fotolarda tələb olunan sualları taparaq IQ səviyyəsini artıra bilərsiniz.

Об этом сообщает Руспрес

A24.az həmin fotoları təqdim edir:

Otaqda oturan iki qadından biri döşəmə üzərində oynayan azyaşlının anasıdır. Fotoya diqqətli baxdıqda uşağın anasının hansı olduğunu müəyyənləşdirmək mümkündür.

Fotoda solda əyləşən yaşıl geyimli qadın uşağın anasıdır. Çünki qadının oturuşu və ayaqlarının duruşu hər an övladını qorumaq üçün hazır olduğunu nümayiş etdirir. Uşağın hərəkətləri də anasının istiqamətini göstərir.

Kəsilmiş ağac gövdəsini çiyinlərində daşıyan üç şəxsin birinə daha çox ağırlıq düşüb. Fotoya diqqətlə baxdıqda üzərinə daha çox ağırlıq düşənin hansı olduğunu müəyyənləşdirmək mümkündür.

Ortadakı şəxs digərlərindən daha çox ağırlığı daşıyır. Onun baxışları, narahatlığı gözlərinin açıqlığından da hiss olunur.

Bir otaqda cəmi 10 adam var. Onlar elə bir şəkildə durublar ki, bütün otağı görə bilsinlər. Bu zaman otaqda bir almanı elə yerdə yerləşdirmək lazımdır ki, 10 nəfərdən 9-u görə bilsin, amma biri görə bilməsin. Sizcə, almanı harda yerləşdirsək, istəyimizə nail ola bilərik?

Almanı otaqdakı adamlardan birinin başının üzərinə qoyduqda həmin adamdan başqa otaqdakı hər kəs almanı görə bilər.