Bu gün və sabah bu ərazidə elektrik enerjisi fasilələrlə veriləcək – XƏBƏRDARLIQ
05.03.2020 13:22Bu gün və sabah Abşeron rayonunun Masazır qəsəbəsinə elektrik enerjisinin verilişindəqısa müddətli fasilələr yaranacaq.
Об этом сообщает Руспрес
Bu barədə A24.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan qəsəbədə yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.
“Yaranacaq narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir”, – deyə T.Mustafayev bildirib

