Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu klubunun prezidentinin əmlakına həbs qoyuldu

05.03.2020 13:22

İtaliyanın “Sampdoriya” klubunun prezidenti Massimo Ferreronun əmlakına həbs qoyulub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, İtaliya Maliyyə Qvardiyasının əməkdaşları klub rəhbərinin əmlakının həbsi ilə bağlı əməliyyat aparır.

Klub funksioneri ilə birgə daha bir neçə şəxs olub. Onlar dələduzluq, əmlakın qanunsuz mənimsənilməsi, çirkli pulların yuyulması, fırıldaqçılıq və digər məsələlərlə bağlı istintaqa cəlb olunub. Həbs Ferrero və digər 5 şübhəlinin ümumi dəyəri 2.6 milyon avro olan əmlaklarına qoyulub. “Sampdoriya” klubunun 200 min avrosu da həmin məbləğə daxildir.

İstintaq futbolçu Pedro Obianqın “Sampdoriya”dan İngiltərənin “Vest Hem” klubuna keçidi ilə əlaqədar aparılır. İspaniyalı yarımmüdafiəçinin transferindən əldə olunan 1,2 milyon avro gəlir klubun kassasına çatmayıb. İlkin ehtimala görə, kinoprodüser fəaliyyəti ilə də məşğul olan Ferrero həmin məbləğdən şəxsi məsələlərinə görə istifadə edib.